Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən şad xəbər: maaşlar yenə artırılacaq

Tarix: 11-02-2019 16:35     Baxış: 3234 A- / A+
Nazirlikdən şad xəbər: maaşlar yenə artırılacaq

Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır: “Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəkilində verilməsi qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər: "Bu, düzgün yanaşma deyil. Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək.

Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq. Nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.

Əbülfət Məhərrəmovun sözlərinə görə, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: “Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir".publika

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar