Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Vəkil: “Onları güllələmək lazımdır”

Tarix: 09-02-2019 19:47     Baxış: 4213 A- / A+
Vəkil: “Onları güllələmək lazımdır”

“Azərbaycan Uşaqlar Birliyinin reinteqrasiya mərkəzinə atılmış üç uşaq daxil olub. Onlardan biri təcavüz qurbanıdır”.
Manevr.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, qadın 5-6 yaşlı iki oğlunu dayə yanında qoyub və onların dalınca gəlməyib. Dayə analarını gözləyə-gözləyə uşaqları bir neçə gün öz yanında saxlayıb və sonra polisə müraciət edib. Artıq uşaqların anasının şəxsiyyəti müəyyən edilib – o, Əsgərova Aidə Əli qızıdır. Hazırda Binəqədi rayon Polis İdarəsinin əməkdaşları azyaşlı uşaqları atmış qadının axtarışı ilə məşğul olur.

“Bizdə olan məlumata görə, uşaqların adı Əmrah və Sabirdir. Bu uşaqların anası Gürcüstan vətəndaşıdır. 1994-cü ildə Azərbaycana gəlib və 7 saylı internatda tərbiyə alıb. Qadının psixoloji durumu sabit deyil. Onun şəxsiyyətini təsdiqləyən sənədi, şəxsiyyət vəsiqəsi yoxdur, uşaqlarının da həmçinin. Məlumdur ki, bu uşaqlardan biri Sabunçu rayon xəstəxanasında anadan olub. Ehtimal var ki, uşaqlar fərqli atalardan doğulub. Uşaqların nitqlərində problemlər var, amma danışa bilirlər” – deyə Ağazadə bildirib.

Təşkilatın əməkdaşları Əsgərovanın vətəndaş nikahında yaşadığı ərini axtarıb. Məlum olub ki, Əsgərovanın üç kişidən ümumilikdə altı uşağı var. Uşaqların dördü hazırda qadının vaxtilə vətəndaş nikahında yaşadığı kişidədir. Əsgərova onunla beş il birlikdə yaşayıb.

“Sonuncu atılmış uşaqlar atalarını görəndə çox sevindilər. Hazırda uşaqların reabilitasiyası məsələsi həll edilir. Uşaqların atalarına kömək etməyə və uşaqların anasını tapmağa çalışırıq” – deyə hüquq müdafiəçisi bildirib.

Bu günlərdə Bərdə rayonunda da 1 və 2 yaşlı iki atılmış uşaq tapılmışdı. Artıq rayon icra hakimiyyəti bu uşaqları uşaq evinə yerləşdirib.

Ağazadənin sözlərinə görə, bu gün onların sığınacağında 13 yaşlı bir qız da var. O, yanvar ayında tapılıb. Anası qızı kirayə etdiyi evdə tək qoyaraq gedib və geri qayıtmayıb. Bununla yanaşı, uşaq qonşuluqda yaşayan bir kişi tərəfindən təcavüzə məruz qalıb. Bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsi Bakı sakini İ.Talehlə bağlı hökm çıxarıb. O, azyaşlı qızı və onun 7 yaşlı qardaşını dəfələrlə zorlamaqda ittiham olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda bu cinayətin qurbanı olan qızın 12 yaşı var. Onun 17 və 18 yaşdan yuxarı iki qardaşı da mövcuddur. Onların kiçik qardaşını isə anası özü ilə aparıb.

Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin “ölü” adlandırılan maddələrinə də toxunub. O, təcrübəyə istinad edərək deyib ki, uşaqlarını atan analara qarşı AR Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi tətbiq edilmir.

Vəkil Elman Osmanov da Sputnik Azərbaycan-a bildirib ki, sözügedən maddə qadınlara münasibətdə tamamilə “ölü”dür. Ola bilsin, bu, bir çox hallarda azyaşlı uşağını atan anaları tapmağın mümkün olmaması ilə bağlıdır.

“Uşaqları zibil yeşiyinə atırlar – bu günahdır. Mən öz təcrübəm ərzində bir dəfə də olsun o maddənin qadınlara şamil edildiyini görməmişəm. Düşünürəm ki, bununla bağlı cəzalar daha da sərtləşdirilməlidir. Uşaqları atanı güllələmək lazımdır” – deyə vəkil bildirib.

Qeyd edək ki, həmin maddəyə görə, “həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə”, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kəmalə Ağazadə isə deyir ki, sözügedən maddənin işləmə mexanizmi yoxdur, ona görə də işləmir. “Mən öz təcrübəm boyu bir dəfə də görməmişəm ki, uşağını atdığına görə qadını həbsə atsınlar. Bu istiqamətdə ciddi iş aparılmalıdır. Psixoloji problemləri olan qadınlara uşaq doğmaq qadağan edilməlidir. Bizə gətirilən uşaqların əksəriyyəti sağlam deyillər. 15-20 ildən sonra biz problemli gənclər ordusu ilə qarşılaşacağıq” – deyə Ağazadə bildirib.

Hüquq müdafiəçisi daxili miqrasiya probleminə də diqqət çəkib. Qeyd edib ki, hüquq-mühafizə orqanları vətəndaşların qeydiyyatı alındığı və faktiki yaşadığı ərazi ilə bağlı məsələlərə ciddi şəkildə nəzarət etməlidir. Əks təqdirdə, problem həllini tapmayacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar