Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş millət vəkili “Azərişıq” ASC-ni “topa tutdu” -"Bu hal korrupsiyanı, rüşvəti ayaqda saxlayır"

Tarix: 08-02-2019 20:11     Baxış: 4215 A- / A+
Keçmiş millət vəkili “Azərişıq” ASC-ni “topa tutdu”

“Dövlətin təbii inhisarçısı olan və kommunal xidmət göstərən “Azərişıq” ASC və digər kommunal xidmət göstərən təşkilatların idarəolunma fəlsəfəsi dəyişməlidir. Yeni qoşulma üçün müraciət edən sahibkara, fiziki şəxsə, hüquqi şəxslərə isə amansızcasına pul mənbəyi kimi baxılır”.
Bunu iqtisadçı ekspert, keçmiş millət vəkli Nazim Bəydəmirli bildirib. Ekspert hesab edir ki, əsaslı vəsait qoyuluşu dövlət büdcəsi hesabına aparılan, 10 milyardlarla büdcə vəsaiti xərclənən müəssisələr belə işləməməlidir:

“Bu vəsaitlər dolayısı yolla bizim vergilərdən formalaşır, dövlət isə sahibkarlığa ona görə dəstək verməlidir ki, daha çox vergi ödənilsin. Dövlətin bir neçə dəfə çəkdiyi xərci yenidən vətəndaşa, sahibkara ödətdirmək hansı məntiqə əsaslanır? Bəyəm “Azərişıq” ASC özəl təşkilatdır ki, onun öz vəsaitinə tikdirdiyi SES, İES, alternativ enerji stansiyalarına investisiya qoyub ki, sonra da “əlavə enerji gücü yaratmaq” üçün bizdən pul almağına haqq qazandırsın? Normal idarəçilik olsa idi, bunun sorğu-sualı olardı ki, ay təbii inhisarçı şirkət, sən dövlətdən ucuz aldığın enerjini alqı-satqı müqaviləsinə əsasən vətəndaşa, sahibkara satırsan, niyə ondan bu alqı-satqı üçün də əlavə pul istəyirsən? İzahı olunmalıdır ki, burada sənin rentabelliyin kifayət qədərdir ki, həm cari təmiri həyata keçirəsən, həm inkişaf edəsən. Hanı bu qədər toplanan vəsaitlər?”
Keçmiş millət vəkili “Azərişıq” ASC-ni “topa tutdu”

Nazim Bəydəmirli daha sonra qeyd edib ki, apardıqları araşdırmalar göstərir ki, əksinə dövlət yenə “Azərişıq” üçün vergilərdən, gələcək nəslin fondlarından xərcləməklə davam edir:

“Bunlar da guya pulu rüşvət kimi almırlar, bəhanə edirlər ki, “ASAN Kommunal”- a ödəyirsiniz, bizlik deyil. “ASAN Kommunal”-da da vətəndaş bu təbii inhisarçıların “şıltaqlığı üçün” uzun növbələrdə əziyyət çəkirlər. Vətəndaşa, sahibkara nə fərqi var ki, təbii inhisarçı, əslində isə dövlət pulu necə alır? Şəffaf və ya qeyri şəffaf, bank hesabına və ya xəzinəyə? Bəyəm, bizim kimi ölkələrdə şəffaflıq pulun alınma mexanizminə bağlıdır? “Texniki şərt” deyilən prosedur keçmiş SSRİ ənənəsidir, mövcud olmuş müəssisələrdə bu ad altında sadəcə vəsait toplanması gedir, bizim ödədiyimiz vəsaitlər heç də şəbəkənin gücləndirilməsinə xidmət etmir, sadəcə bu şirkət işçilərinin aşağı olan maaşlarına “paketlər” verilməsinə, həm də “ASAN Xidmət”-ə əlavə qazanc mənbəyi kimi xidmət edir”.

Keçmiş millət vəkili hesab edir ki, müxtəlif adlarla “yağ açarı” , kabel, transformator və s. vəsait toplanmasını bir kənara qoyub kommunal xidmətin satışını həyata keçirən təşkilat süründürməçiliyə yol verməməlidir:

“Heç də istisna deyil ki, bir sahibkara az, digərinə daha çox maliyyə tutumu olan “texniki şərt” yükləyirlər. Bu hal korrupsiyanı, rüşvəti ayaqda saxlayır. Ona görə elektrik şəbəkəsinə, digər kommunal xidmətlərə də yeni qoşulanlara “texniki şərt” adı altında vəsait xərclətmək təcrübəsinə son qoymaq lazımdır, bütün bunlar sahibkarın yükünü əsassız artırır, dövlətin imicinə ciddi ziyan vurur”.strateq.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar