Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR

Tarix: 07-02-2019 18:46     Baxış: 3418 A- / A+
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR


Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların,o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə yeni ev və ya mənzillə təmin edilən məcburi köçkünlərin sayı artmaqdadır. Bakı və Sumqayıt şəhərlərində ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin problemlərinin həllinə isə xüsusi həssaslıq göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu barədə verdiyi tapşırığın icrası davamlı xarakter daşıyır.

Manevr.az xəbər verir ki, bu gün Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

Məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.

Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar