Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Restoranlar Sevgililər günü üçün özəl menyu hazırlayır - QİYMƏTLƏR - VİDEO

Tarix: 06-02-2019 20:02     Baxış: 3216 A- / A+
Restoranlar Sevgililər günü üçün özəl menyu hazırlayır

Paytaxtda fəaliyyət göstərən bəzi restoranlar Sevgililər günü kimi qeyd olunan 14 fevral tarixinə özəl olaraq hazırlaşıblar. Restoranların əksəriyyətində bu günə özəl menyu və təkliflər eyni olsa da, qiymətlər müxtəlifdir.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, restoranlarda Sevgililər günü əsasən saat 19:00-da başlayacaq. Canlı musiqi ilə müşayiət olunacaq gecədə sevgililərə gül ləçəkləri və şamlarla bəzədilmiş masalarda şam yeməyi təklif olunacaq.

Həmin gecə üçün restoranların bəziləri standart menyular müəyyən etsə də, digərləri adi günlərdəki kimi fəaliyyət göstərəcək.

Standart menyular müəyyən edən restoranlarda iki nəfər üçün qiymətlər 80-200 manat arasında dəyişir. Həmin gecə üçün nəzərdə tutulan canlı musiqiyə görə isə müştərilərdən əlavə ödəniş də tələb olunmayacaq.

Bəzi restoranlar həmin günə özəl olaraq hədiyyəli yarışma da keçirəcəklər.

Manevr.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar