Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
BÜTÜN XƏBƏRLƏR

Peşəyə görə hərbi xidmət: Azərbaycanda bu, mümkündürmü?

Tarix: 06-02-2019 15:21     Baxış: 4161 A- / A+
Peşəyə görə hərbi xidmət: Azərbaycanda bu, mümkündürmü?

Şair Ramaldanov: "Gələcəkdə bu məsələ müzakirə edilə bilər, amma indi...”
Türkiyədə həqiqi hərbi xidmətə çağırış alanların xidmət müddətinin seçdiyi ixtisas, peşəyə görə müəyyən edilməsi ilə bağlı məsələ müzakirə olunur. Ordu və digər əlaqədar qurumların apardığı müzakirələrdə müəllim, həkim kimi ixtisaslara yiyələnənlər üçün əsgərlik müddətinin azaldılması, cəmi üç ayla məhdudlaşdırılması variantı gündəmdədir.

Azərbaycanda da hərbi xidmət müddətinin peşəyə görə müəyyən edilməsi mümkündürmü? Yoxsa müharibə şəraitində olan Azərbaycanda hələlik belə bir addımın atılması o qədər də məqsədəuyğun olmaz?

Hərbi ekspert Şair Ramaldanov bəzi ordularda bu cür yanaşmaların tətbiq edildiyini təsdiqlədi:

“Azərbaycan SQ-i peşəkar ordu quruculuğu istiqamətində bu gün də ciddi addımlar atmaqdadır. Hazırda ordumuzun bütün hərbi mütəxəssisləri – tank ekipajları, artilleriya ekipajı, PDM heyəti, sürücüləri, rabitə mütəxəssisləri və s. müqavilə əsasında, müddətdən artıq xidmət edən hərbi işçilərdir. Əlbəttə, getdikcə bu proses daha da davam edəcək. Əgər əvvəllər Azərbaycanın ehtiyacları baxımından daha çox çağırışçı xidmətə cəlb olunurdusa, indi bu saat çağırışçıların da çağırılması sayında azalma var.

Gələcəkdə, müharibə şəraiti olmasına baxmayaraq, SQ-in inkişafı və ehtiyacı baxımından ola bilsin ki, Azərbaycan da bu məsələyə baxsın. Hazırda, müharibə dövründə oaln Azərbaycanın belə bir addım atması, bunu müzakirə etməsi inandırıcı deyil. Çünki bizim qarşımızda mühüm bir vəzifə durur. Bu da işğaldakı bütün torpaqlaırmızı azad etmək, ərazi bütövlüyünü bərpa etməkdir. Nə qədər çox şəxs hərbi peşənin sirlərinə bələd olsa, SQ-in qarşısında qoyulan tapşırıqlar da bir o qədər uğurla yerinə yetirilər.

Bir sözlə, hesab edirəm ki, Azərbaycanın gələcəkdə belə bir məsələni müzakirə etməsi ehtimalı istisna deyil”.moderator

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar