Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah Bakıda 40 dərəcə isti olacaq

Tarix: 12-08-2016 13:51     Baxış: 4402 A- / A+
Sabah Bakıda 40 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti günəşli olacaq, şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə yarımadada 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26i, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir.

Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar