Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı -ŞƏKİLLƏR

Tarix: 03-02-2019 17:55     Baxış: 5187 A- / A+
Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı

Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” şüarı ilə həyata keçirilən (“Gələcəyi kodlaşdır”) Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi başa çatıb.

Ötən ilin dekabr ayından start verilən Tədris Düşərgəsində iştirak etmək və gələcəyin ən önəmli bacarıqlarından olan kodlaşdırmaya yiyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı düşərgəyə qəbul olunub.

Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar - 03 fevral 2019-ci il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak ediblər. Düşərgə çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olublar. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak ediblər.

İştirakçılardan ən yaxşı nəticələr göstərən 4 nəfər, Əhmədova Nəzrin, Vəliyev Şamxal, Vəlizadə Vüqar və Bərxudarov Orxan sonda notbukla mükafatlandırılıb. Həmçinin informasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən 2 nəfər iştirakçı Qasımov Uğur və Tağıyev Nurlan Bakıda uzun müddətli pulsuz təhsil almaq imkanı qazanıb.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Lahiyə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.qafqazinfo

Manevr.az
Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı
Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı
Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar