Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilib- saxta etiketə görə

Tarix: 01-02-2019 18:28     Baxış: 3234 A- / A+
 “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilib- saxta etiketə görə

“Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.

AFN-in araşdırması zamanı o da məlum olub ki, həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub: “Lady Sharm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”.

Qeyd edək ki, “Lady Sharm” şirkəti 1998-ci ildən etibarən topdan geyim mağazası olaraq fəaliyyətə başlayıb. 2012 – ci ildən etibarən isə öz mağazalar şəbəkəsini yaratmağa başlayıb. Türkiyə, İtaliya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq edən şirkət üçün belə bir hal təbii ki, böyük zərbədir. Yəqin elə o üzdəndir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım xəbəri təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina etdi. O bildirdi ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəm işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Araşdırmalarımız zamanı rast gəldiyimiz iddialardan biri də ondan ibarət oldu ki, əslində mağazalar şəbəkəsinin əsl sahibi kişidir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Aybəniz xanım sadəcə işlərin başında dayanan şəxsdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar