Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Razim Məmmədov səksəkə içində - Hər an həbs oluna bilər

Tarix: 01-02-2019 11:19     Baxış: 3290 A- / A+
Razim Məmmədov səksəkə içində - Hər an həbs oluna bilər

Xətai Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədov səksəkə içindədir və hər an həbs oluna biləcəyini ətrafından gizlətmir. Sabiq başçının qandallanmaq qorxusu qardaşı Mübariz Məmmədov işdən azad olunandan sonra bir qədər də artıb. Belə məlumatlar da var ki, Razim Məmmədov hətta telefon zənglərinə belə cavab verməyə qorxur, düşünür ki, növbəti dəfə istintaqa çağırılması onun azadlıqda son günü ola bilər.

Razim Məmmədovun qardaşı Mübariz Məmmədov Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi vəzifəsini tuturdu. R.Məmmədov ötən il dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra M.Məmmədovun da kreslosu laxlamışdı. Razim Məmmədovun vəzifəsindən çıxarılmazdan bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində onun əmisi oğlu, uzun illər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlanmışdı. Bu məhkəmə işinin Razim Məmmədovun sonunu gətirəcəyi də əvvəldən məlum idi. Çünki Razim Məmmədovun Xətai rayonunda söküntü-tikinti, alver işlərinə əmisi oğlu Xalid Məmmədovun baxdığı bilinirdi. Xalid Məmmədov Razim Məmmədovun "qara kassir”i hesab edilirdi. İttihama görə, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Hazırda Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxinasiyaları istintaq obyektidir. Abutalıbov Bakı meri vəzifəsindən uzaqlaşdırılandan sonra belə xəbərlər yayılmışdı ki, Razim Məmmədov ən yüksək dairələrə minnətçi düşüb və həmin posta özünün, bu mümkün olmadıqda isə ona yaxın digər başçının təyinat almasına çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Mətbuatda hazırkı Bakı merinə qarşı neqativ məlumatların yayılmasında onun da xidmətlərinin olması iddiası olub. Bu baxımdan Razim Məmmədovun əmisi oğlu Xalid Məmmədovun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsini təsadüfi hesab etmək olmaz.

Razim Məmmədov oliqarxlaşmış məmurlardan idi. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərində avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. Razim Məmmədova qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrlə, həm də 1 sotun qiymətinə satırdı. Bu "biznesi” Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi. (musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar