Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı AÇIQLAMA

Tarix: 12-08-2016 12:56     Baxış: 2508 A- / A+
Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı
Manevr.az

Azərbaycanın Batumidəki Baş konsulluğu azərbaycanlı turistlərin Batumidə aldadılması ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov bildirib ki, həmin turistlərə lazımi köməklik göstərilib:
“Bu gün həmin turistlər Batumidəki Baş konsulluğa müraciət ediblər. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb”.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin Batumiyə apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri konsulluğa daxil olan kimi baş konsulluq bununla bağlı tədbir görüb: “Sözügeden şirkət turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə, onların pasportları otel tərəfindən götürülüb. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turizm şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazmi tədbirləri həyata keçirib”.

Baş konsul eyni zamanda, turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”Turistlərin yazdığı ərizədə bu barədə heç nə qeyd olunmayıb".

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıb. ("Trend")

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar