Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Küçələrdə yaşayan yaşlı qadın sığınacağa yerləşdirilib - VİDEO

Tarix: 22-01-2019 23:17     Baxış: 3169 A- / A+
Küçələrdə yaşayan yaşlı qadın sığınacağa yerləşdirilib - VİDEO


Günlərlə soyuq havada küçədə qalan yaşlı qadın Bakıda sığınacağa yerləşdirilib.
Manevr.az-n xezerxeber-ə istinadən məlumatına görə, 65 yaşlı Zivər Abbasova xeyli müddətdir ki, çətin həyat sürür. Əvvəllər kafe-restoranlarda işləsə də, sonradan fiziki cəhətdən zəiflədiyindən işsiz qalıb. Odur ki, günlərlə küçədə ac-susuz yaşayıb.

Zivər Abbasova həyat yoldaşını 9 il bundan qabaq şəkər xəstəliyi səbəbindən itirib. Sonradan isə özü də bu xəstəliyə tutulub. Soyuq havada küçələrdə gecələməsi onun xəstəliyini daha artırıb.

Zivər Abbasova deyir ki, həyatda yeganə qohumları qardaşının həyat yoldaşı və uşaqlarıdır. Amma onlar yaşlı qadının ata mülkünü sataraq onu küçədə qoyub.

Zivər Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq"da məskunlaşıb. Yaxın günlərdə isə o, qocalar evinə yerləşdiriləcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar