Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ruhu didərgin şair - Əlövsət Misiroğlu

Tarix: 22-01-2019 22:58     Baxış: 2553 A- / A+
Ruhu didərgin şair - Əlövsət Misiroğlu

Azərbaycan ədəbiyyatında Kəlbəcər poeziyası həmişə ayrıca bir qol kimi fərqlənib. Dağı-dərəsi, bağı-bağçası, çınqılı belə şeir qoxuyan Kəlbəcər torpağının yetişdirdiyi qələm əhli dünən də oxucu diqqətindəydi, bu gün də...

Bu gün yağı əlində yağmalanan, 26 ildi həsrətini çəkdiyimiz Kəlbəcərimizin didərgin düşmüş söz əhli göynəyini qələmlə bölüşür. Yeganə təsəlli, dərdini yazan qələmə sarılmaq, onunla dərddaş olmaqdı. Dərdini qələmə danışıb, özlərini sözlə ovutmağa çalışırlar, qədim yurdun həssas qəlbli söz adamları. Dərdə dözməyib bu dünyanı nisgilli tərk edən neçə-neçə şair ruhu məqamına qovuşmağın intizarında haralarda dolaşır kim bilir...
O, da bu ağır dərdin göynəyini çəkə-çəkə, ürəyini ağrılarla yüklədi... və...

Bu gün ölümündən 4 il ötür Əlövsət Misiroğlunun. Yalnız xoş xatirələrlə yad edilən Əlövsət Misiroğlu Kəlbəcərin Çovdar kəndində anadan olub, ilk təhsilini də doğulduğu kənddə alıb. Sonra təhsilini qonşu Başlıbel kəndində davam etdirib. İş fəalliyətinə Kəlbəcər rayon Avtobazasında başlayıb.
1993-cü ilin məlum işğal hadisəsindən sonra Ə. Misiroğlunun dərd qoxuyan şeirləri üzə çıxmağa başlayıb. Mətbuatda və el məclislərində rəğbətlə qarşılanıb Əlövsət Misiroğlu imzası. “Kəlbəcər həsrəti”, “Qəm çələngi” adlı iki şeirlər kitabı oxuculara təqdim olunub. “Vətən bu dünyamdı, son məkanımdı” şeirlər toplusu şairin oxuculara təqdim olunan 3-cü kitabıdı.
Özünəməxsus dəsti-xəttiylə poeziyada imzasını təsdiqləyən şair bu gün aramızda olmasa da, şeirləri və xoş xatirələri ilə yaddaşlardadı. Ruhu şad olsun!
Haqqında xeyirxah insan, gözəl ailə başçısı, mükəmməl ata kimi müsbət fikirlər söyləyir tanıyanlar. Səmimiyyəti, insanlığı şeirlərində əksini tapmış dərdin o üzündən boy göstərir...

Sevinc Qərib

Manevr.az

***

Bu gecə dağlara qonaq getmişdim,
Əyildim torpaqdan, daşından öpdüm.
Şehli bənövşənin, lalə, nərgizin,
Çökdüm qarşısında,qaşından öpdüm.

Dağılan evləri gəzdim dolandım,
Xaraba görüncə odunda yandım.
“Əlövsət” çağıran səsdən oyandım,
Süzülən gözümün yaşından öpdüm.

və ya

Vurğun keçən Dəlidağım,
İçdiyi Ceyran bulağım,
Şəmşirlə gəzən oylağım
Suyum, havam Kəlbəcərdir.

Məmməd Aslan sözdə aslan,
Türk dünyası gəzdi asan.
O tay, bu tay Azərbaycan,
Bütöv obam Kəlbəcərdir.

Bəhmən-elin sevimlisi,
Sücaət-dərdin nəğməsi.
Sönməz haqqın haqq nəğməsi.
Qurban babam Kəlbəcərdir.

Şamil etdi yeniliklər,
Öyrənəcək gənc nəsillər.
Adil, Əli söz incilər ,
Ənvər, Salman Kəlbəcərdir.

Dərdə yazanın sayı mindi,
İnanmasan özün dindi.
Əlövsətin viran kəndi,
Qaytarqayam Kəlbəcərdir.


Əlövsət Misiroğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar