Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-in səlahiyyətləri alınır? - Nazirlik açıqladı

Tarix: 19-01-2019 14:25     Baxış: 3193 A- / A+
DİN-in səlahiyyətləri alınır? - Nazirlik açıqladı

"Bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar".

Bunu trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Mətbuat Xidməti rəisinin sözlərinə görə, “DİN-in bu hüquqları əlindən alındı” sərlövhəli həmin şərhlərdə iddia edilir ki, guya bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək:

"Bir daha diqqətə çatdırırıq ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Yəni, yuxarıda göstərilən sənədlər “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək".

E.Zahidov qeyd deib ki. müvafiq funksiyalar “ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar