Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mütəxəssislərdən XƏBƏRDARLIQ! - Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir

Tarix: 18-01-2019 18:18     Baxış: 4150 A- / A+
Mütəxəssislərdən XƏBƏRDARLIQ! - Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir

Feysbuk sosial şəbəkəsində ötən həftə start verilən və dünya miqyasında geniş maraq doğuran "10 illik dəyişiklik" hərəkatı (10 Year Challenge) müzakirələrə səbəb olub.

Manevr.az
xəbər verir ki, CBS televiziyası bu barədə informasiya yayıb.

Xəbərə görə, insanların sosial şəbəkədə 10 il öncə və hazırkı vəziyyətlərini əks etdirən fotoları paylaşması əslində üztanıma (Face İD) alqoritmlərinin mükəmməlləşdirilməsinə xidmət edir.

Nyu York Universiteti Stern İdarəçilik fakültəsinin professoru Emi Vebb də hərəkatın süni intellektin inkişafı üçün əvəzsiz fürsət olduğunu, bununla Feysbuk sistemlərinin istifadəçilərin görüntülərindəki kiçik dəyişiklikləri daha yaxşı tanıyacaq şəklə gətirilməsinə imkan verdiyini bildirib.

“Wired” texnologiya xəbərləri saytının əməkdaşı Keyt Oneil isə hərəkatın zərərsiz əyləncə olmadığını dilə gətirib. O, 10 il əvvəlki və indiki insanı özündə əks etdirən fotoların illərin dəyişdirdiyi nüansları tapmağa çalışan texnologiya üçün çox işəyarayan olduğunu vurğulayıb.

Bu müzakirələrdən sonra Feysbuk şirkəti hərəkatla heç bir bağlantısı olmadığını açıqlayıb. Açıqlamada istifadəçilər tərəfindən başladılan hərəkatın öz-özünə yayıldığı və şirkətin burada heç bir maraq güdmədiyi bildirilib. Bu hərəkata Feysbukla yanaşı, İnstaqram və Tvitterdə milyonlarla insan qatılıb.

Qeyd edək ki, Feysbuk istifadəçilərini və onlarla birlikdə foto çəkdirən insanları tanımaq üçün illərdir ki, üztanıma proqramından istifadə edir.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar