Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Natiq Məmmədova DAHA BİR VƏZİFƏ VERİLDİ -SƏRƏNCAM

Tarix: 18-12-2018 11:42     Baxış: 4288 A- / A+
Natiq Məmmədova DAHA BİR VƏZİFƏ VERİLDİ -SƏRƏNCAM

Baş nazir Novruz Məmmədov "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi təşkilati məsələlər barədə" sərəncam imzalayıb.

Sərəncama əsasən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi və təşkilati məsələlərin həyata keçirilməsi məqsədi ilə İşçi qrupu yaradılıb.

İşçi qrupunun rəhbəri Respublikasının Nazirlər Kabineti Aparatı rəhbərinin müavini Natiq Məmmədov təyin edilib. İşçi qrupunun Nazirlər Kabinetinin Aparatı üzrə üzvləri şöbə müdirləri, baş nazir müavininin köməkçisidir.

İşçi qrupunun digər qurumlar üzrə üzvləri daxili işlər nazirinin müavini Oruc Zalov, xarici işlər nazirinin müavini Araz Əzimov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ədliyyə nazirinin müavini Vilayət Zahirov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Asif Cəbrayılov, Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin müavini Rəşad Nəsirov, "Azərbaycan Dövlət İnformasiya Agentliyi" İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəhman Qurbanov, "Azərişıq" ASC sədrinin müavini Ramin Yusifov, "Azərsu" ASC sədrinin müavini Seymur Seyidov , "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti Sabir İlyasov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyevdir.

"Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı" təsdiq edilib. Sərəncamın icrasına nəzarət baş nazirinin müavini Əli Həsənova həvalə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar