Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

35 faizlik pensiya artımı: Kimlərə şamil olunacaq?

Tarix: 21-11-2018 16:51     Baxış: 34 017 A- / A+
35 faizlik pensiya artımı: Kimlərə şamil olunacaq?


2019-cu il üzrə büdcə müzakirələri zamanı əsas diqqət çəkən məsələlərdən biri də pensiyalarla bağlıdır. Daha dəqiqi maraq doğuran odur ki, pensiyalar nə qədər artırılacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bir sıra diqqətçəkən fikirlər səsləndirib. Nazir 2019-cu ildə 45 500 insanın pensiyasının 35 faiz artacağını deyib.


O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq:

“Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq”.

Nazirin sözlərindən belə başa düşülür ki, nəzərdə tutulan 35 faizlik artıq heç də bütün təqaüdlərə şamil edilmir. Nəzərə alsaq ki, bu gün ölkədə 1 milyon 303 min 315 nəfər pensiyaçı var, göstərilən rəqəm ümumi təqaüdçülərin cəmi 3.4 faizi deməkdir. Yəni, 96.6 faiz pensiyaçı bu artımdan yararlana bilməyəcək. Pensiya təyinatının avtomatlaşdırılması məsələsində də analoji vəziyyət yaranır. Belə ki, həyatı yüngülləşəcək 67 min pensiya alan ümumi təqaüdçülərin cəmi 5.1 faizi deməkdir. Yerdə qalan 94.9 faiz pensiyaçı yenə də nazirin təbirincə desək, həyatı ağır olacaq qalacaq. Məlumat üçün qeyd edək ki, cari ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 1 milyon 303 min 315 nəfər pensiyaçı olub. Dövlət Statistika Komitəsindən açıqlanan məlumata görə pensiyaçıların 377 min 624 nəfəri Bakı şəhərində yaşayıb. Pensiyaçıların aldığı pensiyanın aylıq orta məbləği 221,02 manat olub. Bakı şəhərində bu göstərici 299,87 manat təşkil edib və ölkə üzrə qeydə alınan ən yüksək göstərici olub. Digər şəhər və rayonlarda qeydə alınan orta pensiya məbləği isə ölkə üzrə qeydə alınan orta məbləğdən – 221,02 manatdan aşağı olub.

Ən yüksək pensiya məbləği Zəngilan rayonunda qeydə alınıb – 220,68 manat. Ümumilikdə isə ölkədə orta pensiya məbləğinin 200 manatdan yüksək olduğu 8 şəhər və rayon var. Ən aşağı pensiya məbləği isə Masallı rayonunda qeydə alınıb – 171,17 manat. Nazir açıqlamasında sözügedən artımların konkret olaraq hansı kateqoriyadan olan təqaüdçülərə şamil olunacağını bildirməyib. Yalnız rəqəm və artım faizi var. Yalnız bir məqam konkretdir ki, gələn il pensiya yaşına çatan 38 min insan əvvəlki qaydada 73 manat deyil, 121 manat təqaüd alacaq. Bu ilin 8 noyabr tarixində isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İdris İsayev Milli Məclisin komitə iclasında nəzərdə tutulan artımları bu cür şərh etmişdi: “Növbəti ildə pensiyaların orta məbləği 240 manatdan artıq olacaq. 6,3 faiz artım nəzərdə tutulur. Yaşa görə pensiyanın məbləği isə daha çox artacaq, orta hesabla 273 manat səviyyəsində olacaq. Növbəti ildə pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə pensiya alanlar olacaq, 30,8 faiz əlilliyə görə, 10.9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır”.

Nazir müavininin sözlərindən isə belə başa düşülür ki, ümumi pensiyaların artımı 6.3 faiz təşkil edəcək. Bəs 35 faiz artım hansı kateqoriya pensiyaçılara aiddir? Məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq.

F.Talıblı “Cümhuriyət” qəzetinə açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

35 faizlik pensiya artımı: Kimlərə şamil olunacaq?


“Söhbət 2006-cı il 1 yanvar tarixinə qədər iş stajı 25 il olanlardan gedir. Yəni, 2019-cu ilin 1 yanvarında hansı ki, bugünə qədər 122 manatdan aşağı təqaüd alıblar, onların pensiyası 35 faiz artacaq. Vətəndaş həmin sənədləri təqdim etməyə çətinlik çəkirdi. Yeni layihəyə əsasən avtomatik qaydada həmin staj müəyyən olunacaq. Həmin şəxslər 25 illik stajı təqdim etmədiklərinə görə bugünə qədər 122 manatdan aşağı pensiya alıblar. Yalnız 122 manatdan aşağı olan pensiyalar 35 faiz artacaq. Bütün ölkə üzrə pensiyaların 35 faiz artması mümkün deyil”. /cebhe.info



Manevr.az

Xəbəri paylaş







Müəllif: vuqar huseyinov
Tarix: 16 fevral 2019 16:50
hüseynov Vuqar : xaiş edirem Menim Pensiya ne qeder artırılb. Xaiş Edirem Bildiriş Veresiniz 1978.31.02
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar