Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ali məktəblərə orta ixtisas təhsili vermək hüququ verilib

Tarix: 14-11-2018 11:55     Baxış: 3276 A- / A+
Azərbaycanda ali məktəblərə orta ixtisas təhsili vermək hüququ verilib

Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib.

Manevr.az trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişikliklər edib.

Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.

Nizamnaməyə edilən yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsi "Təhsil haqqında" qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.

Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

Ali təhsil müəssisələrində "Təhsil haqqında" qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar