Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

MTRŞ əhalini qıcıqlandıran aparıcıların “QARA SİYAHI”sını hazırladı

Tarix: 14-11-2018 11:32     Baxış: 3212 A- / A+
MTRŞ əhalini qıcıqlandıran aparıcıların “QARA SİYAHI”sını hazırladı

"Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub.
"Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”.

Qeyd edək ki, son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər və aparıcılarla bağlı ictimaiyyətdə narazılıqlar səngimir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar