Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Faiq Ağayev ağıllı və savadlı adamdır, niyə də deputat olmasın?!” — Millət vəkili

Tarix: 13-11-2018 22:40     Baxış: 4250 A- / A+
“Faiq Ağayev ağıllı və savadlı adamdır, niyə də deputat olmasın?!” — Millət vəkili


“Xalq artisti Faiq Ağayev şou-biznes ulduzları arasında çox ağıllı və savadlı adamdır. O, çox bilikli və dünyagörüşlü insandır. Niyə də deputat olmasın?!”.


Manevr.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.

E.Axundova deyib ki, Azərbaycanda şou-biznes və mədəniyyət sahələri ilə bağlı xeyli problemlər mövcuddur:


“İndi sabah Milli Məclisin iclası olacaq. Əgər imkan olsa, mən sabah iclasda mədəniyyətlə bağlı problemləri qaldıracam. Amma Faiq Ağayev bu sahədəki problemləri daha yaxşı qaldıra bilər. Axı onların da bir çox problemləri var. Bu günlərdə dünyasını dəyişən tanınmış aktrisamız Amaliya Pənahova vaxtilə millət vəkili olub. O, Milli Məclisin ən fəal və dəyərli millət vəkillərindən biri idi. Bu gün xalq artistimiz Zeynab Xanlarova da millət vəkilidir, zaman-zaman aktual məsələləri qaldırır, milləti maraqlandıran dəyərli fikirlər söyləyir. Bütün bunlara görə də deputatlıqda ayrı-seçkilik salmaq olmaz ki, filankəs şou-biznes adamıdır. Bu cür yanaşmalar düzgün deyil. Millət vəkili olmaq insanın dəyərindən asılıdır. Yəni, hökm deyil ki, millət vəkili ancaq professor və ya akademik olmalıdır. Deputat olmaq hər bir insanın istəyi ola bilər. Kiminsə buna qarşı çıxmağa ixtiyarı yoxdur. Dünyada da hər bir adamın millət vəkili olmaq hüququ var”.

Deputat qeyd edib ki, şou-biznes adamlarının da deputat olmaq haqqı var:


“Seçicilərimiz bu seçimi hər bir insanın dəyərindən asılı olaraq edirlər. İnanıram ki, Faiq Ağayev kimi adamlar da deputat seçilsələr, fəal və enerjili çalışarlar və yeni nəfəs gətirərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar