Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan Fədayə Laçından ÜZÜCÜ XƏBƏR

Tarix: 12-11-2018 12:47     Baxış: 3178 A- / A+
Həbsdə olan Fədayə Laçından ÜZÜCÜ XƏBƏR

Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər: "Səhhəti ağırdır"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Manevr.az-ın "report"-a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Laçının vəkili Nurəngiz Qarayeva müdafiə çıxışı edib.

O, müvvəkilinin səhhətində problem olduğunu, xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Vəkil məhkəmədən F.Laçının barəsində sanksiyada nəzərdə tutulmuş ən aşağı cəzanın verilməsini xahiş edib.

Daha sonra F.Laçının digər vəkili Türkel Süleymanlı da müdafiə çıxışı edib.

T.Süleymanlı da müvəkkilinin səhhətinin ağır olduğunu deyib və o, məhkəmədən F.Laçının barəsində sanksiyada nəzərdə tutulmuş ən aşağı cəzanın verilməsini istəyib.

Hazırda digər vəkillər müdafiə çıxışları edir.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar