Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Elçin bəy, məni nə yerinə qoydunuz?" - Flora Kərimova

Tarix: 12-11-2018 10:43     Baxış: 3215 A- / A+
"Elçin bəy, məni nə yerinə qoydunuz?" - Flora Kərimova


Xalq artisti Flora Kərimova xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranan narazıçılığa münasibət bildirib.

Manevr.az axşam.az-a istinadən bildirir ki, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində müğənni dramaturqun ona arxa çevirdiyini deyərək, etirazını bildirib. E.Əfəndiyev isə Kərimovanın onu yanlış başa düşdüyünü söyləyib. Amma bu cavab Floranı qane etməyib. İfaçı İnstaqram səhifəsində məsələ ilə bağlı bunları yazıb:

"Münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz!? Xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil.

Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz... Heç vaxt müxalifətçi olmamışam. Müxalif olmuşam... Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır... İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildiniz ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlını itirib". Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram...".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar