Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"BakuBus"da biabırçılıq - VİDEO

Tarix: 26-10-2018 14:57     Baxış: 4466 A- / A+
"BakuBus"da biabırçılıq - VİDEO


Ötən gün axşam saat 18:25-də "7A” nömrəli marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.

Manevr.az a24.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən dayanacaqda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə "BakuBus” MMC-yə məxsus 99 JH 239 dövlət qeydiyyat nişanlı marşrutun sürücüsü 20 dəqiqəyə yaxın avtobusu dayanacaqdan hərəkət etdirməyib.

İnsidentə səbəb qadın sərnişinin nəqliyyat vasitəsinə arxa qapıdan minməsi olub. Belə ki, qadın sərnişin marşruta arxa qapıdan minsə də, içəri daxil olandan sonra ödəniş aparatına yaxınlaşıb və gediş haqqını ödəyib. Sürücü isə israrla həmin şəxsə avtobusdan düşüb, yenidən qabaq qapıdan daxil olmasa, marşrutu yerindən tərpətməyəcəyini deyib. Sərnişin həmin saatda eyni xətt üzrə xidmət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək, avtobusdan enməyəcəyini bildirib. Beləcə, onlar arasında dava düşüb və qadın sərnişin sürücünü ağır ifadələrlə təhqir edib. Digər sərnişinlər də davaya qoşulub. 20 dəqiqədən sonra bir neçə sərnişin avtobusu tərk edib. Səbəbkar qadın da avtobusdan düşəndən sonra sürücü nəqliyyat vasitəsini hərəkət etdirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar