Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkə

Tarix: 22-10-2018 09:09     Baxış: 3317 A- / A+
Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkə


2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olmuşdu. Xaricə gedən ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,7%-i İrana, 21,2%-i Rusiya Federasiyasına, 12,7%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,2%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,8%-i kişilər, 31,2%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb. Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,2%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib. İrana səfər edənlərin sayında artım tendensiyası iyun ayından sonra da davam edib və nəticədə sentyabrın sonuna olan məlumata görə, İran Gürcüstanı qabaqlayaraq Azərbaycan vətəndaşlarının ən çox gedib-gəldiyi ölkə olub.

Bəs, belə bir statistikanın yaranmasında hansı amillər rol oynayır?


Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkə


Bir neçə gün öncə İrandan səfərdən qayıdan VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan vətəndaşlarının İrana daha çox gedib-gəlməsində bir sıra amillər rol oynayır: “Statistik göstəricilər bütün seqmentləri əhatə edir. Siyasi, iqtisadi, milli, səhiyyə amillərinin təsiri var. Bu istiqamətlərdən əlavə dini və təhsil profilli səfərlər də az deyil. Belə ki, İran həm ziyarət məkanlarına, həm də dini məqsədli təhsil müəssisələrinə malikdir. Lakin statistikaya təsir edən əsas faktor, İrana tətbiq edilən sanksiyaların yeni dalğasından sonra İranın milli valyutasının devalvasiyasından sonra sərhədyanı ticarətin vüsət alması və tibbi məqsədli səfərlərin kəskin artmasıdır. Şəxsən mən İrana bu ay etdiyim səfər zamanı bunu əyani şəkildə görmüşəm. Bir neçə misal da çəkə bilərəm. Misal üçün, yaxınlarımdan biri üçün 70 qəpiyə aldığım daha keyfiyyətli preparatın analoquna Bakıda 3,8 manat ödəyirik. Burada uzun illər istifadə etdiyim Savalan ətəyindən tədarük edilən süfrə suyuna 6 manat, bəzi dövrlərdə 7 manat verdiyim halda, sərhədin o tayında suyu 1,5 manata almaq mümkündür.

Sərhəddə xeyli sayda dolanışığı bu işdən çıxan, bazarın bu dəyişməz mənfəət qanunundan yararlanan xeyli sayda vətəndaşımızı gördüm. Danışıqlardan belə anladım ki, əksəriyyət həftədə 7 dəfə bu transferi həyata keçirir.

Bütün bunların üzərində bir yaxınlıq, milli bağlılıq faktoru da mövcuddur. O tayda buradan gedənlər üçün heç bir dil, mədəniyyət problemi də yoxdur. Özüm Ərdəbil bazarında olarkən türk dilini bizim küçə-bazarda eşitdiyimdən daha çox eşitdim. Bir sözlə, statistika yanılmır, Azərbaycan vətəndaşlarının daha çox gedib-gəldiyi xarici ölkənin İran olması təbiidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar