Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış prodüsser sığorta şirkətini rüsvay etdi

Tarix: 11-08-2016 09:42     Baxış: 2515 A- / A+
Tanınmış prodüsser sığorta şirkətini rüsvay etdi



"Ağır bədən xəsarəti aldığım üçün bir neçə ay qollarımda gipslə gəzdim".

Manevr.az Primetime.az-a istinadən xəbər verir ki, prodüser Təranə Səmədova borcları haqda danışıb. 2011-ci ilin oktyabrında Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində "Nissan Qashqai" markalı avtomobilində qəza törədən tanınmış prodüser Təranə Səmədova ilə "Rəvan sığorta" şirkəti arasında davam edən 5 illik məhkəmə prosesi sona çatıb. Ali məhkəmənin çıxardığı yekun qərardan narazı qalan prodüser illər ərzində sığorta şirkəti ilə mübarizə aparmasını belə şərh etdi:

"Avtomobili kreditlə almışdım. Qəza keçirdikdən sonra faiz borcları həddindən artıq çoxaldı.

Ötən 5 il ərzində müxtəlif məhkəmə instansiyaları bu işə baxdı və "Rəvan sığorta" tərəfindən ödəniləcək dəyən ziyanı heç cür ala bilmədim. Bu haqda o qədər danışmışam ki, artıq deyiləcək söz qalmayıb.Təkrar olsa da, vurğulayım, avtomobil dərəyə aşanda müğənni Rəqsanə İsmayılova ilə Faiq Ağayev də yanımda idilər. Ağır bədən xəsarəti aldığım üçün bir neçə ay qollarımda gipslə gəzdim. Bu cür haqsızlıqla necə barışım? Adı çəkilən sığorta şirkəti heç bir halda ümumi dəyəri 22 min 800 manat olan borcumu ödəməmək üçün müxtəlif yollara əl atır.

Bu günə kimi susmuşam, amma artıq susqunluğuma son qoyuram. Bu şirkətin müştərilərinə demək istəyirəm ki, verdikləri vədlər inandırıcı deyil. Mən öz hüquqlarımı çox yaxşı bilirəm. Suveren dövlətdə yaşadığımız üçün inanıram ki, çox yaxın gələcəkdə haqsız olmadığım qanuni şəkildə sübuta yetiriləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar