Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısından minaya düşən gənclə bağlı açıqlama

Tarix: 19-10-2018 15:49     Baxış: 3169 A- / A+
İcra başçısından minaya düşən gənclə bağlı açıqlama


"Tərtərdə minaya düşən Azad Həsənov hələ də Bərdə Rayon Xəstəxanasındadır. Həkimlər evə buraxılmasını məsləhət görmürlər. Ona görə də yaxın günlərdə Azad Həsənovun evə buraxılması gözlənilmir”.

Manevr.az xəbər verir ki bunu modern.az-a açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı neytral zonada minaya düşən gəncin səhhəti ilə bağlı mütəmadi olaraq əlaqə saxladığını bildirib:

"Azad Həsənovun həm ailəsi, həm də həkimlərilə mütəmadi olaraq əlaqə saxlayıram. Azadın səhhəti diqqətimizdədir. Onun ayaq pəncəsi amputasiya olunub. Ümumilikdə vəziyyəti normaldır”.

Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar