Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həkim səhvi ucbatından ölən xəstələrin sayı artır: "Oqtay Şirəliyevə demək istəyirəm ki..." - Deputatdan etiraz

Tarix: 15-10-2018 20:51     Baxış: 3260 A- / A+
Həkim səhvi ucbatından ölən xəstələrin sayı artır: "Oqtay Şirəliyevə demək istəyirəm ki..." - Deputatdan etiraz

"Son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik. Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?".

Manevr.az xəbər verir ki, bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır:

"İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.

"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var: "Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü Səhiyyə naziri Oqtay Şirəliyevə tutub, onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar