Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs

Tarix: 15-10-2018 18:41     Baxış: 2233 A- / A+
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda E. İbrahimov ifadə verib. O deyib ki, zərərçəkmiş Fərman Məmmədovu 2006-cı ildən tanıyır.


Onun sözlərinə görə, F. Məmmədov hər şeyi onun özü ilə danışıb.
Təqsirləndirilən şəxs iddia edib ki, F. Məmmədov zərərçəkmiş Həbib Axundova şər atır: “Fərman mənə yalnız faizə 230 min manat pul verib, ona isə faizlə 434 min manat pul qaytarılıb. Pul alış-verişinin ilk günündən hər şeyi mənlə özü dəqiqləşdirib. 1 il ərzində bizim aramızda telefon danışıqları olub. Ancaq gəlib məhkəmədə deyir ki, pulu Həbib Axundova vermişəm. Əgər pulu Həbibə veribsə, mənimlə niyə əlaqə saxlayırdı? Həm məhkəmədə, həm də istintaqda Fərman Məmmədov yalan danışır. Fərman Məmmədov guya mənə verdiyi pulları bəzi hallarda 235 min, qalan hallarda 435 min manat göstərir. Necə olur ki, adam verdiyi pulu bilmir? Həbibə və başqalarına şər atınca düzün danışsın, suallara cavab versin. Fərman deyir ki, verilən pullar Nazir Mirzəyevin olub, sonra da əlavə edir ki, özünün olub”.

Təqsirləndirilən şəxs deyib ki, F. Məmmədov kimə və harda pul verdiyini dəqiq demir: “Bu da onu göstərir ki, o, yalan danışır. Xahiş edirəm ki, məni bu adamın yalanlarından qoruyun. Mən yenə də deyirəm ki, Fərman Məmmədov Həbib Axundov və Elmira xanımın adını nahaq yerə hallandırır. Mən şəxsən Elmira Axundova və Həbib Axundovun qarşısında utanıram. Elmira Axundovadan üzr istəyirəm. Həbibin mənim Fərmanla olan pul alış-verişindən xəbəri yox idi. Ancaq verilən puldan müəyyən faiz Həbibə çatırdı deyə, o bu işdə maraqlı ola bilərdi”.

E. İbrahimov deyib ki, onu zərərçəkmiş Həbib Axundova qarşı ifadə verməsi üçün təzyiq ediblər:

“Məni polis idarəsinə aparanda orda da mənə dedilər ki, Həbib Axundova qarşı çıx, Fərmandan uzaq dur, təhlükəli adamdı. Fərman məhkəmə başlayanda mənə dedi ki, səni azı 9 il cəza istəyir. Sən çalış Həbib Axundova qarşı çıx. Mənə o maraqlıdır ki, bu təzyiqlərin mənası nədir”.

E. İbrahimov prokurorun sualına cavabında zərərçəkmiş Həbib Axundova borclu olmadığını da qeyd edib: “Həbibdən alınan pullar geri qaytarılıb”.

Sonra zərərçəkmiş Fərman Məmmədov vəsatətlə çıxış edərək, işi ibtidai istintaqda araşdıran müstəntiqin şahid kimi çağırılaraq, dindirilməsini istəyib. Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Məhkəmə iclası oktyabrın 18-dək təxirə salınıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.(etikxeber.az )


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar