Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim Türkiyədə dərs vəsaiti yazdı

Tarix: 15-10-2018 15:47     Baxış: 3182 A- / A+
Azərbaycanlı alim Türkiyədə dərs vəsaiti yazdı


Həmyerlimiz İlkin Qulusoy Türkiyədə dərs vəsaiti yazıb.

Manevr.az xəbər verir ki, Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı bölümünün dosenti İlkin Qulusoy "Azerbaycan Türkçesi Grameri – I (Ses Bilgisi ve Söz Varlığı)” adlı dərs vəsaiti yazıb.

Kitabın I hissəsində Azərbaycan dilinin fonetik quruluşu və leksikası haqqında məlumat verilib, qrammatik qayda və qanunlar Türk tələbələrin də anlaya biləcəyi dildə izah edilib. Kitabın II hissəsində isə tədris zamanı istifadə etmək üçün Azərbaycan ədəbiyyatından müxtəlif janrlarda olan mətnlər verilib.
Azərbaycan dilinin morfoloji və sintaktik quruluşundan bəhs edən ikinci bir kitab da hazırlıq mərhələsindədir, gələn il Türkiyə universitetlərinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün müəllim və tələbələrinin ixtiyarına veriləcək.

Xatırladaq ki, Türkiyədə Azərbaycan Türkcəsinə dair ilk kitab 1971-ci ildə Muharrem Ergin tərəfindən qələmə alınıb və bu kitabda sadəcə mətnlər üzərində izahatlar əsasında Azərbaycan Türkcəsinin bəzi qrammatik xüsusiyyətlərindən bəhs olunub. Bu baxımdan, İlkin Qulusoyun müəllifi olduğu kitabı Azərbaycan dilinin qrammatikasının elmi şəkildə öyrənilməsi üçün atılmış ilk addım hesab olunur.

Qeyd edək ki, İlkin Qulusoy 7 ildən ildir ki, dilimizi və ədəbiyyatımızı Türkiyədə yeganə olaraq fəaliyyət göstərən Qars Qafqaz Universitetindəki Azərbaycan dili və ədəbiyyatı bölümündə təbliğ və tədris etməklə məşğuldur. /qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar