Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çovdarov məhkəməyə həkimlə gəldi

Tarix: 08-05-2018 17:55     Baxış: 3274 A- / A+
Çovdarov məhkəməyə həkimlə gəldi

Bu gün Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Hakim Faiq Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Məhkəmə iclası 50 dəqiqə gec başlayıb. Çovdarov həkim müşayətində zala gətirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

A. Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər.

R. Çovdarov qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

Daha sonra prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məslələr var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın".

Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub. Jurnalistlər zaldan çıxarılıb. Məhkəmə qapalı keçirilir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar