Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lotu Qulinin düşməni tutuldu: Aqibəti məlum deyil

Tarix: 06-05-2018 12:12     Baxış: 3321 A- / A+
 Lotu Qulinin düşməni tutuldu: Aqibəti məlum deyil


Kriminal aləmdə "Dato Ağcəbədinski" kimi tanınan kriminal avtoritet Cavid Məmmədov Ukraynada saxlanılıb.

Manevr.az lent.az-ın məlumatına görə bildirir ki, , Cavid Məmmədov mayın 5-də paytaxt Kiyevdə saxlanılaraq ölkədən 3 il müddətinə deportasiya edilib.

Məlumatda qeyd edilir ki, Cavid Məmmədov Ukraynada bir sıra iri ticarət mərkəzləri ələ keçirmək üçün bu ölkədə adamlarını yerləşdirmək niyyətində olub.

Lakin Ukrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan Dato Ağcəbədinski ölkədən çıxarılıb. Onun hansı ölkəyə deportasiya edildiyi məlum deyil.

Bundan başqa digər azərbaycanlı qanuni oğru İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul-Kiyev reysi ölkəyə gələn İlqar Əliyev hava limanında saxlanılaraq geri qaytarılıb.

Qeyd edək ki, Dato Ağcəbədinski 1985-ci il martın 14-də Ağcabədidə anadan olub.

Bir müddət sonra o, Moskvaya köçüb. Burada kriminal aləmə qoşulub.

2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə kriminal aləmdə böyük rəğbət qazanan gənc azərbaycanlı yenidən məhkəmə qarşısına çıxarılır. Moskvanın Kolomenski rayon Məhkəməsi Cavidi 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan “Vladimir Sentral”a göndərirlər. O, cəzasının yerdə qalan 3 ilini qapalı həbsxanada çəkir.

“Vladimir Sentral”da cəza çəkən Cavid Məmmədov burada kriminal avtoritetlərlə birgə münasibət qurur. Onunla eyni dövrdə həbsxanada Merab Suxumski, Bitya Tbiliski, Avto Kopala, Laça Celadze kimi oğrular cəza çəkib.

O, türmədə dövrün tanınmış oğrularından Laçi Celadze ilə (Raça) dostluq eləməyə başlayıb.

Cavid Məmmədov 2009-cu ildə azadlığa çıxıb. Raça Cavidi oğru aləmində Dato Kutaiski və Zaza Ambroladze kimi tanınan nüfuzlu kriminallarla tanış edir. Bundan sonra hər 3 qanuni oğru Cavidə dəstək verirlər.

Daha sonra Cavid bir çox kriminal hadisələrin iştirakçısı olur.

2013-cü iyunun 27-də Yunanıstanda keçirilən sxodkada Dato Kutaiski, Zaza və Şikora Cavidə qanuni oğru adı verib. Həmin sxodkada Caviddən başqa, həmçinin, Kaxa Kaxetinski, Leki Rustavinski, “Stalin” ləqəbli Uqrelidze, Papuna Kutaiski, Badraçuna oğru adını alıb.

Lakin Lotu Quli Cavidin oğru adını almasını qəbul etməyib. N.Səlifov bildirib ki, yalnız o, azərbaycanlılardan kimin bu ada layiq olduğuna qərar verə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar