Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc xanıma bu nazirlikdə yüksək vəzifə verildi

Tarix: 02-05-2018 14:16     Baxış: 3371 A- / A+
Gənc xanıma bu nazirlikdə yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.

O bildirib ki, bu vəzifəyə Qumaş Həsənli təyin edilib.

Qeyd edək ki, Qumaş Salman qızı Həsənli 21 mart 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2011-ci ildə Bakı Slavyan Universitetinin Magistratura pilləsinə qəbul olunub. Hazırda Prezident yanında İdarəçilik Akademiyasında Rəhbər kadrların yenidən hazırlanması fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirir. 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin Kadr və yerli orqanlarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə qəbul olunub. 2016-cı il 1 iyun tarixində Ümumi şöbənin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri, 4 noyabr 2016-cı il tarixində Ümumi şöbənin müdirinin müavini-Vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri təyin edilib. Bu ilin mayın 1-dən isə ümumi şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq icra edir.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar