Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

““Azsığorta” pulumu ödəmir...” - Qəzaya düşən sürücünün şikayəti

Tarix: 09-08-2016 15:38     Baxış: 2463 A- / A+
““Azsığorta” pulumu ödəmir...”

Masallı rayon sakini Mahmud Ağayev “Azsığorta” şirkətindən şikayətçidir. O bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, iyun ayının 22-də 10-GP-440 markalı maşınıyla hərəkətdə olarkən VAZ 2107 markalı maşının qaydası pozması nəticəsində toqquşma hadisəsi baş verib: “ Şahidlərin və sürücünün etirafından sonra istintaq təyin edildi. Qərar verildi ki, VAZ 2107 markalı maşının sürücüsü təqsirkardır. Maşınıma dəymiş ziyanın ödənilməsi üçün sənədləri toplayıb “Azsığorta” şirkətinə təqdim etdim. “Sığorta haqqında” qanuna əsasən dəymiş ziyan 7 iş günü müddətində ödənilməli olsa da, iki aydır ki pul ödənilmir. Deyirlər ki, özümüz ekspertiza təyin etmişik. Hər iki maşının sürücüsündə də günah olub. Ona görə yarı-yarı ödəyəcəyik. Bu şirkət dövlətin istintaq orqanının çıxardığı qərara məhəl qoymur. Nə istəyirlər, onu da edirlər”.

“Qafqazinfo” məsələ ilə əlaqədar sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, Mahmud Ağayev ekspertizanın rəyini öyrənmək üçün şirkətə gəlməlidir: “Hər iki maşının sürücüsündə də günah olub. Ona görə də dəymiş ziyana yarıya bölünərək ödəniləcək. M. Ağayev gəlib sənədləri imzalasa, ziyanı ödəyərik. Əgər narazıdırsa, məhkəməyə müraciət edə bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar