Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məktəbdə 5 şagird canına qıyıb - Bakıdakı müəmmalı intiharın təfərrüatları

Tarix: 09-08-2016 14:48     Baxış: 2498 A- / A+
Bu məktəbdə 5 şagird canına qıyıb


Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teymur onunla eyni məktəbdə oxuyan və 8-ci sinif şagirdi olan qızla sevgili imiş. Məlumata görə, bu sevgi qarşılıqsız olmayıb. Ancaq Teymurun intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır.

Teymurun qardaşı da eyni məktəbdə təhsil alırmış. Onun Seymur adlı qardaşı bu il məktəbin 9-cu sinfini bitirib.

Teymurun intiharında diqqəti çəkən məqamlardan biri onun oxuduğu məktəblə bağlıdır. 113 nömrəli məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla - özünü asmaqla canlarına qəsd etmişdilər.

Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu 2014-cü ilin dekabr ayında canına qəsd etmişdi.

Məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov 2015-ci ilin fevralında intihar etmişdi.

6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılmışdı.

Adıçəkilən müəmmalı məktəb 2013-cü ildə də intihar xəbəri ilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım Quluzadə də özünü asmışdı.

Sonuncu hadisədən əvvəl baş verən digər intiharlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Ancaq bu barədə heç bir rəsmi məlumat verilməyib.

15 yaşlı Teymurun ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb.

Təqdim etdiyimiz fotolar 15 yaşlı Teymura aiddir.

Bu məktəbdə 5 şagird canına qıyıb
Bu məktəbdə 5 şagird canına qıyıb
Bu məktəbdə 5 şagird canına qıyıb


Musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar