Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəmiyyətdə lombardlara inam azalıb- QIZILLAR QAYTARILMIR

Tarix: 18-01-2018 21:44     Baxış: 3235 A- / A+
Cəmiyyətdə lombardlara inam azalıb- QIZILLAR QAYTARILMIR

Son illər lombardların fəaliyyəti genişlənsə də, cəmiyyətdə onlara qarşı inam azalıb. Buna səbəb girovun dəyərindən qat-qat ucuz hesablanması və hətta kredit ödənilsə belə, girovun qaytarılmaması ehtimalıdır. Bəs görəsən bu, nə qədər düzgündür? Hüquqşünasların lombardlardan pul götürmək istəyənlərə tövsiyyələri var.

Girovun dəyərinin ucuz hesablanması və qızılın qaytarılmama ehtimalı cəmiyyətdə lombardlara olan inamı azaldıb. Buna səbəb lombardlarda vətəndaşların aldadılması faktlarının çox olmasıdır.

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, lombard sahibləri isə özlərini sığortalamaq məqsədilə girovu ucuz hesabladıqlarını, qızılı geri qaytara bilmədikdə isə vətəndaşa qara bazar qiyməti ilə pul qaytardıqlarını bildirirlər. Qızıl yalnız vətəndaş ödənişi 1 ay 10 gün gecikdirərsə satıla bilər.

Hüquqşünaslar isə yalnız reputasiyası yüksək olan lombardlardan pul götürməyi tövsiyyə edir. Çünki kiçik və tanınmayan lombardların ləğv edilməsi və vətəndaşın aldadılması ehtimalı çox yüksəkdir. Bundan başqa, müqaviləni diqqətlə oxumaq və orada yazılanların dəqiqliyindən əmin olmaq da mütləqdir.

Lombardlar lisenziyasız fəaliyyət sahəsinə daxil olduğu üçün heç bir dövlət qurumuna hesabat vermirlər və fəaliyyət çərçivələrini də özləri müəyyən edirlər. Ona görə də bu kimi mübahisələrdən yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar