Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir

Tarix: 14-12-2017 16:51     Baxış: 4285 A- / A+
Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir
Manevr.az xəbər verir ki, bunu trend-ə siyasi ekspert Bəhruz Quliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ali səviyyədə təmsil olunmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın belə Zirvə toplantısında iştirakı və söz demək hüququ eyni zamanda onu deməyə zəmin yaradır ki, ölkəmiz separatçılıqla, beynəlxalq terrorçuluqla mübarizədə hər zaman qətiyyətli mövqeyi ilə seçilib:

"Ölkə başçısı buna misal olaraq Dağlıq Qarabağ münaqişəsini və onun fəsadlarını göstərdi. Belə fəsadların aradan qaldırılması, dünyanın siyasi mühitinin nizamlanması, balansın qorunması üçün hər bir ölkə səy göstərməlidir. Ona görə də Azərbaycan dövləti həm də müsəlman ölkəsi olaraq həmin istiqamətdə öz liderlik mövqeyini, birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir. Bu baxımdan, Azərbaycan İslam həmrəyliyi işinə davamlı olaraq böyük töhfələrini verir. Bu, həm də ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin multikultural dəyərlərə, beynəlxalq sülhün qorunub-saxlanılmasına verdiyi önəmin məntiqi nəticəsidir".

Siyasi ekspert bildirib ki, Azərbaycan istər Cənubi Qafqaz, istərsə də beynəlxalq aləmdəki siyasi mühitdə, xüsusilə İslam dünyasında öz mövcud və uğurlu strategiyasını davam etdirməklə bu kimi ədalətli qərarların verilməsində təşəbbüskarlığını sübut edib: "Bu isə Azərbaycanın siyasi nüfuzunun daha da gücləndirilməsinə yönəlmiş əhəmiyyətli məqamdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar