Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyətləri bələdiyyələri saymır- DEPUTATDAN NARAZILIQ

Tarix: 18-11-2017 14:30     Baxış: 5411 A- / A+
İcra hakimiyyətləri bələdiyyələri saymır- DEPUTATDAN NARAZILIQ
“Bu gün əksər bələdiyyələrin fəaliyyəti heç də qaneedici deyil. Amma onların içərisində fəaliyyəti yaxşı olan bələdiyyələr də var. Ümumilikdə bələdiyyələrin nüfuzsuz orqan olmasını demək düzgün çıxmaz”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Deputat bildirib ki, harada müvafiq və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yaxşı münasibət var, orada onlar yaxşı işləyirlər.
“Harada ki, bu münasibət yoxdur, orada bələdiyyələr passiv fəaliyyət göstərir. Bəzi icra hakimiyyəti orqanları var ki, bələdiyyələrə əlavə qurum kimi baxırlar. Bəzi bələdiyyələrin də təşəbbüsləri yoxdur. Bələdiyyələr öz ərazilərində olanlardan vergi yığmalıdır. Onlar bunu etməyə utanırlar. Deyirlər ki, mən niyə filankəslə pis olmalıyam ki? Bələdiyyələr niyə gedib həmin şəxslərdən haqqın tələb etməməlidir? Axı bu vergini verməyənlər bələdiyyələrin saxlanmağını istəməyənlərdir. Əgər belədiyyələr normal vergi yığa bilsə, yaxşı da iş görə bilər. Əksər bələdiyyə sədrləri deyir ki, 5 illik seçildim və bitəhər yola verim, gələcəkdə bir dəfə də seçilim. Amma bu belə olmamalıdır axı. 1999-cu ildən bələdiyyə seçkiləri keçirilir. Elə bələdiyyə sədri var ki, 18 ildir ki vəzifədədir”.
T.Rzayev deyib ki, bəzən yerli icra hakimiyyəti orqanları bələdiyyələrə əsassız tapşırıqlar verirlər, qeyri-ciddi qurum kimi baxırlar.
“Bir bələdiyyə digərinin torpağını vətəndaşa satması faktları da var. Bu xəritələrin düzgün olmaması ilə əlaqədardır. Ancaq artıq bir neçə bələdiyyənin xəritəsi hazırlanaraq onlara verilib. Digərlərinin isə xəritələrinin hazırlanması istiqamətində işlər aparılır. Ümid edirəm ki, bu problem yaxın vaxtlarda öz həllini tapacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar