Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu binalar söküləcək -VİDEO

Tarix: 26-10-2017 09:42     Baxış: 3474 A- / A+
Bakıda bu binalar söküləcək


Paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir.

Manevr.az xezerxeber-ə istinadən bildirir ki, Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə bu səlahiyyət verilib.

Baş nazirin müavini Abid Şəriovun sözlərinə görə, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb. Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb.
Abid Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu deyib. Onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını bildirib.

Qeyd edək ki, bu il ərzində yalnız Sabunçu rayonunda 1 bina təhvil verilib. Artıq binaların nə vaxt veriləcəyi tarix də məlumdur.

Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini Abid Şəriov yeni görkəm alan "Sovetski" adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını qeyd edib. Az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını bildirib.

Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən işlər mərhələli şəkildə həyata keçirilir. Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi "Xutor" adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar