Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verdi - YENİLƏNİB

Tarix: 19-10-2017 13:17     Baxış: 4279 A- / A+
Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verdi
“Bələdiyyə bağlar massivinə aid torpağın 12 sotunu Könül Kərimovaya verib”.

Manevr.az report-a istinadla xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirib.

Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiriQulu Xəlilov bildirib ki, bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: “Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq bəndinə uyğun olaraq, həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Hazırkı qanunvericiliyə əsasən, bələdiyyələr ilk növbədə torpaqlara dair öz hüquqlarını tanımalıdır. Daha sonra hərrac vasitəsilə vətəndaşlar üçün alqı-satqı edilməlidir. Çünki qanun bunu tələb edir”.

Komitə rəsmisi əlavə edib ki, ƏMDK tərəfindən Könül Kərimovaya cavab məktubu yazılaraq, qanunvericilik və bələdiyyənin ona qeyri-qanuni torpaq sahəsi ayırması izah edilib.

12:47

Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib.

Manevr.az-ın report-a istinadla məlumatına görə, məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb.

İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Müğənni məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: “Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar