Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azercell"dən Cocuq Mərcanlı xəyanəti - Mobil şirkət Azərbaycan torpağını "satdı" - FOTO

Tarix: 09-10-2017 19:21     Baxış: 4363 A- / A+
“Azercell"dən Cocuq Mərcanlı xəyanəti - Mobil şirkət Azərbaycan torpağını "satdı"


“Azercell” Azərbaycan torpağını İran ərazisi kimi təqdim edir.

Manevr.az-ın xəbərinə görə, bu, yenicag.az-ın əməkdaşının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı bəlli olub.

Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olan bu kəndə daxil olar-olmaz telefona “İrana xoş gəlmisiniz” mesajı gəlir. Bu azmış kimi “Azercell” müştəriyə öz doğma yurdumuzda rouminq xidməti də təklif edir.

Məsələ burasındadır ki, Cocuq Mərcanlı kəndi ilə maraqlananlar arasında əcnəbi turistlər də olur. Belə olan halda, şəhidlərin qanı hesabına düşməndən geri alınan Lələ təpənin ətəyində yerləşən əraziyə yollanan turistin telefonuna “İrana xoş gəlmisiniz” sms-i gəlsə, o, nə düşünər?

Qeyd edək ki, Avropada ölkələrarası sərhədlər simvolik xarakter daşıdığından bir ölkədən o birinə avtomobillə keçərkən, yalnız mobil telefonunuza gələn sms ilə ölkə sərhəddini keçdiyinizi anlayırsınız. Məsələn, Hollandiyadan Almaniyaya keçərkən, o mesajı aldıqda, hansı ölkə ərazisinda olduğunuzu bilirsiniz. Bu məntiqlə, Cocuq Mərcanlıya səfər edən bir avropalı bir anda özünü İran ərazisində hiss edəcək.

Nəzərə alsaq ki, İranın Azərbaycan ərazilərinə iddiası var, “Azercell”in bu “xidmət”i ilə fars rejiminə xidmət etdiyini desək, yanılmarıq. İnanırıq ki, müvafiq dövlət qurumları bu təxribatın qarşısını alacaqlar. Bununla həm də orada yaşayan insanlarımızın mobil telefon xidməti ilə bağlı çəkdikləri əziyyətə də son vermək olar.

“Azercell"dən Cocuq Mərcanlı xəyanəti - Mobil şirkət Azərbaycan torpağını "satdı"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar