Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Aşurada 1700 litr qan yığıldı - Açıqlama

Tarix: 01-10-2017 19:25     Baxış: 6328 A- / A+
Aşurada 1700 litr qan yığıldı


Bu gün Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.


Axar.az xəbər verir ki, Aşura günü ilə əlaqədar olaraq ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.

Qeyd edək ki, Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva verib. Fətvada xatırladılıb ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Faciəli hadisə Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada baş verib.

Xatırladaq ki, Aşura münasibəti ilə bu gün QMİ-nin təşəbbüsü ilə aşağıda qeyd olunan siyahıda qanvermə aksiyası keçiriləcək:

1. Yasamal rayon Təzə-pir məscidi

2. Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

10:21

Aşura günü münasibətilə Azərbaycanın sözügedən məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb.

***

Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında keçirilən qanvermə aksiyası başa çatıb.

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva bildirib ki, aksiyada 3827 nəfər qan verib, 1722.3 litr qan yığılıb.

Qanvermə yüksək səviyyədə keçib və heç bir insident yaşanmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar