Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnsan beyni internetə QOŞULACAQ

Tarix: 30-09-2017 09:57     Baxış: 5264 A- / A+
İnsan beyni internetə QOŞULACAQ

Cənubi Afrikanın Vitvatersrand Universitetindən olan alimlər elektroensefaloqrafa və mini "Raspberry Pi" kompüterinin köməyi ilə internetə insan beyininin dalğalarını ötürməyə müvəffəq olublar.
İnsan beyninin şəbəkəyə qoşulması və informasiya ötürülməsi gələcəkdə çox ciddi təhlükələrə yol aça bilər. İnformasiya insan beyninə daxil olaraq yer dəyişdirir. Və yüklənən informasiyanı müəyyən zaman kəsiyində köçürmək də mümkündür.
"Braİnternet" yəni "beyinlərin interneti" layihəsinin tədqiqat qrupunun başçısı Adam Pantanoviç (Adam Pantanowitz) informatika müəllimidir. Alimin fikrincə, internetə beyin qoşa biləcək qurğuların hzırlanması çətin deyil, çətin olan məsələnin məişət və etik olan tərəfidir. Bu cür sistemlərin yaradılması tipik olaraq hakerlərin işinin asanlaşdırılmasına xidmət edir.
Sistemin yaradılması böyük uğur olsa da, onun təhlükəli tərəfləri də çoxdur:
"Cinayətkarlar tərəfindən insan beyninin ələ keçirilməsi dünyanın sonu deməkdir. Fantastik kinolarda canlandırılan sistemlər, beyinləri ələ keçirilən liderlərin çıxışları və s. bütün bunlar gerçək ola bilər. Hələ ki "beyinlərin interneti" çərçivəsində sınaqların ilk mərhələsi sona çatıb. Lakin təhlükəsizlik məsələləri tam nəzarətə alınmamış təqdimat olunmayacaq".
Pantanoviç onu da qeyd edib ki, yeni şəbəkə yaradılacaq. Kənar müdaxilələrdən qorunma altına alınmış, yüksək təhlükəsizlik sistemləri ilə işlənmiş kvant şəbəkəsi ola bilər. İnformasiya köçürülməsi zamanı (beyindən internetə və əksinə) gözlənilməz hücumlara qarşı xəbərdarlıq siqnalı olmalıdır.
Artıq elmi səviyyədə təsdiqlənən layihənin imkanları genişləndirilir. Cəmiyyətdə maraqla qarşılanan sistem birbaşa şüurun qapadılmasına və insanların 2-ci şəxs tərəfindən idarəsinə verilməsinə xidmət edəcəyi üçün lazımı qurumların dəstəyinə ehtiyac var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar