Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvandakı partlayışların səbəbini gizli saxlamaq tapşırığı verilib

Tarix: 06-08-2016 08:18     Baxış: 2525 A- / A+
 Şirvandakı partlayışların səbəbini gizli saxlamaq tapşırığı verilib

Camalovlar dəhşətli olayı sıradan hadisə kimi təqdim etmək istəyirlər; yaralılara işdə qalmaq müqabilində susqunluq şərti qoyulub

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodunda baş verən dəhşətli partlayışın səbəbləri gizli saxlanılır. MSN rəsmiləri gizliliyi təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Redaksiyamıza daxil olan məlumata görə, dəhşətli partlayışdan sonra yaralılara və olay zamanı ölən şəxslərin yaxınlarına maddi yardımlar göstərməklə onlara hadisə barədə danışmamaq tapşırılıb.

MSN-in tabeliyində olan “Üfüq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov yaralılarla şəxsən görüşməklə bir neçə aylıq ödənilməyən əmək haqqlarını ödəyib, onlara əlavə yardımlar ediləcəyini vəd edib. Əvəzində yaralılara partlayışla bağlı danışmamaq tələbi qoyulub. Danışan şəxslərə zavod fəaliyyətini bərpa edəndən sonra iş yerinə qaytarılmayacağı da eşitdirilib. Ondan əvvəl isə 1 il əvvəl partlayış baş vermiş “Telemexanika” zavodunun direktoru Usubağa Məmmədov “Araz” zavodunda baş verən partlayışda yaralananlara baş çəkərək onlara partlayışla bağlı danışmamağı, maraqlananlara olayın yüksəkgərginlikli elektrik xətlərindəki qəza üzündən baş verməsini deməyi tapşırması haqda xəbərlər almışdıq.

Zavodlardakı partlayışların səbəblərinin gizli saxlanmasına cəhdlər ortada ikən son partlayışın səbəbləri haqda ən müxtəlif xəbərlər dolaşmaqdadır. Olayın təxribat ola biləcəyi versiyası səslənməkdədir.

 Şirvandakı partlayışların səbəbini gizli saxlamaq tapşırığı verilib

MSN dəhşətli olaydan 10 gündən artıq müddət ötməsinə baxmayaraq, səbəbi açıqlamağa həvəsli görünmür. Bununla yanaşı, mətbuat nümayəndələrinin həqiqəti üzə çıxarmaq üçün yazdıqlarını önləmək yoluna baş vurmaqdan da çəkinmirlər. 2 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışın səbəbləri, fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərin nəticələri barədə məlumatlar ictimiyyətdən gizlədilir.

1 il əvvəl, iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı da MSN-in susqunluğu davam edir.

Həmin vaxt nə baş verdiyi bu gün də aydın deyil. Bilinən budur ki, hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı. Bir nəfərin ölümü, 19 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən həmin partlayışın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi. Bu cinayət işinin başlanması haqda məlumat verilsə də, nəticəsi haqda xəbərlər hələ də gizli saxlanılır.

“Araz” zavodundakı partlayış faktına görə isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bu cinayət işinin nəticəsinin nə olacağı isə maraqla gözlənilir.

 Şirvandakı partlayışların səbəbini gizli saxlamaq tapşırığı verilib

Hazırda 10 gün əvvəl dəhşətli partlayış baş vermiş zavodda iş dayandırılıb. Partlayışın biləvasitə baş verdiyi sursatların utilizasiya mərkəzinə ANAMA mütəxəssisləri girməyə, orada təmizlik işləri aparmağa tələsmirlər. Bu, partlayış riskinin qalması ilə izah olunur. Mütəxəssislər zavodda və zavodətrafı təxminən 2 kilometrlik ərazidə partlayışdan sonra ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın bu günə qədər keçirdiyi toplantılar, görülən işlərlə bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Bu arada “Araz” zavodunun texniki təhlükəsizlik məsələləri üzrə direktor müavininin işdən getməsi haqda ərizəsi alınıb.

Musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar