Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

QHT valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərini müzakirə edib

Tarix: 08-08-2017 21:40     Baxış: 2241 A- / A+
QHT valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərini müzakirə edib


Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Tovuz Dövlət Sosial İqtisad Kollecində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, QHT təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktor müavini Dəmir Hüseynov vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən bu təşəbbüsləri müsbət qiymətləndirib. D.Hüseynov deyib ki, analoji layihələrin icrası cəmiyyətin bu problemə diqqətini daha da artıracaq.

Layihənin eksperti Seymur Verdizadə bildiirb ki, əsas məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər haqda maarifləndirmə işi aparmaq, ictmai diqqəti real vəziyyətə cəlb etmək, sözügedən təbəqəyə aid olan uşaqların öz hüquqlarından maksimum istifadəsini təmin etməkdir.

S.Verdizadə qeyd edib ki, cəmiyyət valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, digər uşaqların da problemlərini diqqət mərkəzində saxlamalı, onların düzgün tərbiyə olunması üçün bütün imkanları səfərbər etməlidir: "Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Amma bu şüar olaraq qalmamalı, əməli fəaliyyətdə özünü göstərməlidir”.

Tədbirdə çıxış edənlər bildiirblər ki, azərbaycanlı uşaqlar digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha xoşbəxtdirlər. Çünki Azərbaycanda uşaqların hüquqlarını qoruyan mükəmməl qanunvericilik bazası var. Dövlət uşaqlara qayğı ilə yanaşır, onların yaxşı təhsil almasının qeydinə qalır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar