Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Maqa” həbs olunmayıb, toyu olacaq - ŞOK İDDİA

Tarix: 08-08-2017 13:42     Baxış: 4276 A- / A+
"Maqa” həbs olunmayıb, toyu olacaq

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən "Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib.

Manevr.az AzNews.az-a istinadən xəbər verir ki, bunu "facebook" sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır:

"Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur. Belə şeyləri "Kurtlar vadisi” kimi seriallarda görmüşdük”.

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Galendewagen"in sükanı arxasında olan N.Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar