Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədət Quliyev gənc əsgərlərin ANDİÇMƏ MƏRASİMİNDƏ

Tarix: 05-08-2017 13:58     Baxış: 5364 A- / A+
Mədət Quliyev gənc əsgərlərin

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev DTX-nın hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

DTX-nın İctimai əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, tədbirdə DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak ediblər.
Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Ali Baş Komandan İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.
General-leytenant Mədət Quliyev qeyd edib ki, dünyada, eləcə də regionda baş verən hadisələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.
Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən general-leytenant Mədət Quliyev, bu məsələdə hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə çatdırıb.
Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər. Xatirə şəkli çəkdirilib.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar