Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Övladını qonşuya verib qaçan qadın - "4 ay elə də çox vaxt deyil..."

Tarix: 05-08-2016 14:25     Baxış: 2540 A- / A+
 Övladını qonşuya verib qaçan qadın


Övladını 4 aydır qonşulara verərək geri dönməyən qadın nəhayət bu gün üzə çıxıb. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək övladını atmadığını və 4 ayın elə də uzun müddət olmadığını deyib.

Manevr.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qadın uşağını atmadığını və Qənirə İsmayılovanın onun övladına dayəlik etdiyini deyib. Bunun qarşılığında isə ona hər ay 150 manat pul ödəyib.

O, həmçinin azyaşlının əsl adının Kənan İsgəndərov olduğunu deyib. Özünü təqdim etməyən qadın uşağın ona məxsus olduğunu təsdiqləyən hər hansı bir sənəd də təqdim etməyib.

Bu arada, azyaşlı dünən Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Bakı şəhər 1 saylı Körpələr evinə aparılıb. Orda müayinə edilən körpənin sağlam olduğu və səhhətində heç bir problem olmadığı müəyyən edilib.

Sabunçu rayon Polis İdarəsindən isə bildirilib ki, uşağın həmin qadının övladı olması barədə sənəd təqdim edildikdən sonra azyaşlı ona təhvil veriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar