Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Fikir plüralizmi, fərqli siyasi dünyagörüşə dözümlü münasibət inkişafı daha da stimullaşdırır"

Tarix: 09-06-2017 17:49     Baxış: 582 A- / A+


Səbinə Novruzzadə: Azərbaycanda mövcud olan ictimai-siyasi, mədəni mühit region dövlətləri üçün vacib nümunədir

"Fikir plüralizmi, fərqli siyasi dünyagörüşə dözümlü münasibət inkişafı daha da stimullaşdırır"


"OLAYLAR"-a verdiyi müsahibədə Səbinə Novruzzadə ölkədəki siyasi plüralizm, eləcə də fikir, söz və məlumat azadlığının təmin edilməsi istiqamətində atılan ardıcıl addımlardan danışıb

-Səbinə xanım, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda mövcud durum necədir və ölkəmizdə siyasi plüralizm mövcuddurmu?

-Azərbaycan insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu demokratik ölkədir. Demokratiyanın başlıca şərtlərindən biri söz və mətbuat azadlğı, fikir plüralizminin təmin olunmasıdır. Azərbaycanda mətbuat tam azaddır, jurnalistlər istədiklərini yazır, vətəndaşlar öz düşüncələrini sərbəst şəkildə ictimailəşdirə bilirlər. Cəmiyyətdə tez-tez fərqli çağırışlara rast gəlmək mümkündür. Fərqli düşündüyünə, ortaya özünəməxsus mövqe qoyduğuna görə heç kim təzyiqlə üzləşmir. Ölkəmizdə söz və mətbuat azadlığı, fikir plüralizmi qanunla qorunur. Fikir plüralizmi, fərqli siyasi dünyagörüşə dözümlü münasibət inkişafı daha da stimullaşdırır. Azərbaycan hakimiyyətinin götürdüyü Avropaya inteqrasiya kursu hazırda uğurla davam etdirilir. Biz coğrafi baxımdan Şərqin bir parçası olsaq da, əxz etdiyimiz demokratik idarəçilik mexanizmi ilə çoxdan qərbliyə çevrilmişik. Azərbaycan cəmiyyəti ümumbəşəri ideyaların yorulmaz təbliğatçısı olduğu üçün ölkəmiz yerləşdiyi regionda nümunəvi modelə çevrilib.

-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?

-Bizdə bu əminliyi yaradan səbəb Azərbaycanda fikir müxtəlifliyinin tamamilə təmin olunmasıdır. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə maneəsiz çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən özlərinin təbliğat tribunalarını yarada bilirlər. Hakimiyyətə opponentlik edən cinah saysız- hesabsız qəzetlərə, saytlara, informasiya agentliklərinə malikdir. Dövlətin resursları bunların arasında bərabər bölünür. Azad reklam bazarı olduğu üçün müxalif kütləvi informasiya vasitələri özlərinin maddi-texniki bazasını gücləndirə bilirlər. Bütün cinahların fəaliyyəti qanunla tənzimlənir. Hüquqlarının pozulduğunu iddia edən qruplar və ya şəxslər heç bir maneə ilə üzləşmədən məhkəməyə müraciət edə bilirlər. Vətəndaş cəmiyyəti quruculuğunda bütün spektirlərin iştirakı təmin olunub.

-Bu gün parlamentin tərkibi, qanunverici orqanda təmsil olunan partiayalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Azərbaycanda təkcə parlament partiyalarının deyil, parlamentdə təmsil olunmayan digər partiyaların da sərbəst fəaliyyət göstərməsi üçün normal siyasi şərait var. Dövlət qeydiyyatına alınmış siyasi partiya öz mənzil-qərargahını yarada, bank hesabı aça, qəzet-jurnal, sayt təsis edə bilər. Ölkəmizdə siyasi partiyalara üzvlük könüllüdür. Siyasi partiya üzvü olmaq heç bir məsuliyyət yaratmadığı kimi, vətəndaşların öz fərdi təşəbbüslərini reallaşdırmasına da maneçilik törətmir. Təsadüfi deyildir ki, hazırda dövlət qeydiyyatından keçmiş əksər partiyalar həm Bakıda, həm də regionlarda özlərinin yerli şöbələrini yarada biliblər. Təkcə mövcud siyasi kursu dəstəkləyən partiyaların deyil, hətta bu kursa qarşı çıxan partiyaların da mənzil-qərargahları vardır. Parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsi hesabına maliyyələşməsi ölkəmzidə siyasi fəaliyyəti daha da stimullaşdırır. Bu, kifayət qədər ədalətli yanaşmadır. Çünki həmin partiyalara parlamentdə təmsil olunmaq hüququnu xalq verib. Azərbaycanda parlament partiyalarının dövlət büdcəsi hesabına maliyələşməsi xalqın iradəsinə bəslənilən sonsuz hörmət və ehtiramın təzahüürdür.

-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

-Reallıq ondan ibarətdir ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla, digər siyasi partiyaların sosial bazası zəifdir. Ənənəvi müxalifət sıradan çıxmaq üzrədir. Yeni dövrün tələbləri ilə ayaqlaşa bilmədikləri üçün ənənəvi müxalifət partiyaları ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynaya bilmirlər. Digər siyasi partiyalar isə hakim partiya ilə rəqabət aparacaq gücdə deyil. Buna baxmayaraq, hakimiyyət, o cümlədən, hakim partiya həmişə siyasi mühitdə canlanma yaranmasına çalışır. Hakim partiya təmsilçilərinin müxalifyönlü partiyaların rəhbərləri ilə dialoq aparması Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi parlaq mədəniyyət nümunəsidir. YAP siyasi dinamikanın tərəfdarıdır. Amma bundan sui-istifadə etmək olmaz. Hər bir siyasi partiyanın başlıca vəzifəsi hakimiyyətə gəlmək, ölkənin idarəçiliyində söz sahibinə çevrilməkdir. Amma bu, qanunvericiliyin tələbləri çərçivəsində baş verməlidir. Siyasi fəaliyyətlə məşğul olan hər bir şəxs siyasi mədəniyyətin təməl prinsiplərinə əməl etməlidir.

-Sizcə, siyasi plüralizmdən də partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Aydın məsələdir ki, yaradılmış münbit siyasi şəraitdən sui-istifadə cəhdləri həmişə olacaq. Amma bu, heç kimə divident gətirmir. Özünə hörmət edən siyasi təşkilat qanunlara əməl etməli, sivil mübarizə metodunu seçməli, ölkəmizdə mövcud olan sağlam ab-havanın qorunmasına dəstək verməlidir. Bulanıq suda balıq tutmaq cəhdləri uzaq 90-cı illərdə qalıb. 90-cı illərdə siyasi fəaliyyətlə məşğul olan şəxs illuziyalarla yaşamamalıdır. Cəmiyyətlə işləmək, insanları narahat edən problemləri öyrənmək, birgə müzakirələr təşkil edərək, çıxış yolları tapmaq lazımdır. Yalnız seçki dövründə fəaliyyət göstərən partiyalar heç vaxt xalqın dəstəyini qazana bilməzlər. Bilirsiniz, mən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının üzvüyəm. Üzvü olduğum təşkilat dinamik iş təcrübəsinə malikdir. Burada gənclərin özlərini təsdiq etməsi üçün münbit siyasi şərait vardır. Rəhbərliklə üzvlər arasında əlaqələr ən yüksək səviyyədə qurulub. Buna görə üzvlərimizin sayı sürətlə artır. Hesab edirəm ki, siyasi fəaliyyətlə məşğul olub, uğur qazanmaq istəyən şəxslər mütləq Yeni Azərbaycan Partiyasının təcrübəsindən yararlanmalıdırlar. Bu təcrübəni Azərbaycanın ümummilli lideri Heydər Əliyev yaratdığı üçün təkcə bir siyasi təşkilata deyil, bütövlükdə xalqa məxsusdur. Xalqın bütün təbəqələrinin bu təcrübədən faydalanmağa haqqı var. Mən əminəm ki, Heydər Əliyev dühası hələ uzun əsrlər yolumuza işıq tutacaq.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Azərbaycanda mövcud olan ictimai-siyasi, mədəni mühit region dövlətləri üçün vacib nümunədir. Bu nümunəni əxz etmək, ondan faydalanmaq lazımdır. Bilirsiniz, belə bir məşhur ifadə vardır ki, hər cür müqayisə qüsurludur. Mən Azərbaycanı digər qonşu ölkələrlə müqayisə etməyə heç vaxt həvəs göstərməmişəm. Ona görə yox ki, biz fərqli dildə danışır, fərqli dinə stayiş edir, fərqli mədəniyyətlərin sahibiyik. Sadəcə, ona görə ki, fərq göz önündədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan regionun lider dövlətidir. Bu üstünlük özünü təkcə iqtisadi sferada deyil, həm də siyasi müstəvidə göstərir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar