Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət komitəsi üzvlərinin əsl ixtisası – Həkim, hüquqşünas, fololoq, tərcüməçi, mühəndis…

Tarix: 06-07-2020 12:02     Baxış: 2244 A- / A+
Mədəniyyət komitəsi üzvlərinin əsl ixtisası – Həkim, hüquqşünas, fololoq, tərcüməçi, mühəndis…


Azərbaycan Respublikasının Milli Məclisini hazırda 121 deputat təşkil edir.

Parlamentdə 15 komitə var ki, onlar da müxtəlif sahələri əhatə edir.

Maraqlıdır, müxtəlif sahələri əhatə edən komitə üzvlərinin əsl ixtisası nədir?

Manevr.az bildirir ki, modern.az-ın əməkdaşı Mill Məclisin deputat mandatlı üzvlərinin ixtisaslarını araşdırıb.

İlk olaraq palamentin Mədəniyyət komitəsinin üzvlərinin ixtisaslarını araşdırdıq:


Qənirə Paşayeva – Milli Məclisin Mədəniyyət komitəsinin sədri. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Yəni ixtisasca həm həkim, həm də hüquqşünasdır.


Fazil Mustafa – Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavinidir. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, ixtisasca hüquqşünasdır.


Aqil Abbas – Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Ülviyyə Ağayeva – Milli Məclisdə Mədəniyyət komitəsi ilə yanaşı, Elm və təhsil komitəsinin də üzvüdür. Deputat ixtisasca filoloqdur.


Novruz Aslanov – Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron hesablama texnikası fakultəsində təhsil alıb. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.


Nizami Cəfərov – Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Cavanşir Feyziyev – Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Tərcümə fakültəsində təhsil alıb və institutu tərcüməçi-müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. İxtisasca tərcüməçidir.


Əziz Ələkbərli – Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Ülviyyə Həmzəyeva – 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib. Əməkdar rəssamdır.


Sabir Rüstəmxanlı – Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.


Mixail Zabelin – Azərbaycan Politexnik İnstitutunu mühəndis-hidreotexnik ixtisası üzrə bitirib. Daha sonra keçmiş Bakı Ali Partiya Məktəbini bitirərək, politoloq ixtisasına yiyələnib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar