Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən AÇIQLAMALAR

Tarix: 21-06-2020 20:06     Baxış: 4260 A- / A+
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən"

“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”.

Manevr.az xəbə verir ki, bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun Demokrat.az xəbər portalında son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir:

“Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən?

Elnur Əliyev deyə bir adamın adını çəkir. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır və Vüqar Səfərlinin birdən-birə 100 mini büdcəyə qaytarması kimi bir şeydir.

Demək, oğurlamısan ki, indi də təhvil verirsən. Bir zamanlar deyirdin ki, ailəmə məxsus şirkətlərlə fəxr edirəm. Nə baş verdi və nə dəyişdi ki, indi fəxr etmirsən?

Vəzifədə olanda istədiyin işi edirdin və adını qoyurdun biznesmenlik. Vəzifədən çıxandan sonra biznesmenlik qabiliyyətini itirdin?”.

Elçin Şıxlı qeyd edir ki, Əli Həsənov Azərbaycan mətbuatını məhv edib və vəzifədən getdikdən sonra elementar davranış qaydalarını da itirib:

“O, vəzifədən azad ediləndən sonra ümumiyyətlə səsini çıxarmamalı, ya da diplomatik cavablar verməli idi. Lakin biz nəyin şahidi oluruq?

O, yenə əvvəlki ampulasındadır və yenə hədəfi yayındırmağa çalışır. Belə adamları sakitcə işdən çıxarmaq olmaz. Onları sona qədər ifşa etməlisən. Yox əgər ifşa etməsən, işləyib, sona qədər hər şeyi darmadağın edəcəklər.

Onun yürütdüyü siyasətinin nəticəsidir ki, hazırda mətbuata inam azalıb. Pademiya dövründə biz bunu aydın gördük və insanlarımız Həsənovun dövründə biabırçı kökə salınan TV və mətbuatın dediklərinə inanmır.

Əli Həsənov məqsədli şəkildə bu siyasəti yürüdüb və ölkəmiz bu gün də onun çirkin əməllərindən əziyyət çəkir”./sosium.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar